Bank Of Baku

Daha bir sərnişindaşıma şirkəti istehsalat bazası yaradıb

Daha bir sərnişindaşıma şirkəti istehsalat bazası yaradıb
# 20 dekabr 2017 12:42 (UTC +04:00)

Bakıda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Ayşən LTD" şirkəti istehsalat bazası yaradıb.


"APA-Economics" xəbər verir ki, istehsalat bazası Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən şirkətin qarşısında qoyulan tələblər əsasında yaradılıb.


"Ayşən LTD" şirkətinin direktoru İradə Əliyeva bildirib ki, istehsalat bazası avtobusların sazlanmasına xidmət edəcək: "Burada avtobuslar gecə təmir olunaraq səhər xəttə saz vəziyyətdə çıxacaq ki, bu da sərnişinlərin təhlükəsiz daşınmasına imkan yaradır".


Qeyd edək ki, "Ayşən LTD" şirkətinə 7 marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərir ki, bu xətlərdə 119 ədəd avtobus fəaliyyətdədir. "Avtobuslarımız əsasən Bakının qəsəbə və kəndlərinə sərnişindaşımanı həyata keçirir. Avtobuslarımız təhlükəsizlik kameraları ilə də təchiz olunub. Bundan başqa, vaxt itkisi olmasın deyə bazamız yanacaqdoldurma məntəqəsi ilə də təchiz olunub. Gələn ildən xətlərə yeni avtobuslar buraxılacaq və nağdsız ödənişlərə də keçəcəyik", - deyə İ.Əliyeva vurğulayıb.


Sahibkar əlavə edib ki, şirkət hər ay 10 sürücüsünü BNA-nın təlim mərkəzinə göndərir.


BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev isə bildirib ki, istehsalat bazası varsa nəqliyyat vasitələri reysqabağı texniki baxışdan keçirilir, sürücülər tibbi müayinədən keçir: "Bu tip istehsalat bazasının olması bu gün marşrut şəbəkəsində həm BNA-nı, həm də sərnişinləri narahat edən bir sıra məsələlərin aradan qaldırılması deməkdir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb".


Qurum rəsmisi daşıyıcı şirkətlər tərəfindən 7 istehsalat bazası (qarajlar) müasir tələblər səviyyəsində təşkil edilərək istismara verildiyini vurğulayaraq əlavə edib ki, istehsalat bazaları üzrə ümumilikdə 37 marşrut xətti, 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir: "Bugünkü istehsalat bazası bizim tələblərə cavab verən istehsalat bazasıdır. Gələn il daha 10 istehsalat bazasının yenilənməsi işlər aparılır. Bir daha bəyan edirik ki, daşıyıcı şirkətlər istehsalat bazalarını qoyulan tələblərə uyğun qurması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin tələbini bir mənalı şəkildə yerinə yetirməlidir. Bu sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də hazırda sərnişindaşımada mövcud olan bir çox problemlərin həlli baxımından vacib amildir. Bu tələbə əməl etməyən daşıyıcıların paytaxtın marşrut şəbəkəsində fəaliyyəti məhdudlaşdırılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR