Bank Of Baku

Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri bazar ertəsi də işləyəcək

Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri bazar ertəsi də işləyəcək
# 23 oktyabr 2017 12:28 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir.

 

Başqa sözlə, vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər. Qeyd edilməlidir ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunub.

 

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR