Bank Of Baku

DGK sədri Xızıda vətəndaşları qəbul edib

DGK sədri Xızıda vətəndaşları qəbul edib
# 29 dekabr 2017 09:20 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bu gün Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Xızı, Sumqayıt, Abşeron, Qobustan rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

 

Qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri olub. Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətlərini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR