Bank Of Baku

Dövlət qulluğuna qəbul olmaq istəyənlər biliklərini “Elektron hökumət” portalında onlayn sınaq vasitəsilə yoxlaya bilərlər

Dövlət qulluğuna qəbul olmaq istəyənlər biliklərini “Elektron hökumət” portalında onlayn sınaq vasitəsilə yoxlaya bilərlər
# 16 avqust 2014 10:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Azərbaycan  Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Onlayn sınaq test imtahanlarının keçirilməsi” xidməti  artıq “Elektron hökumət” portalına (“e-gov.az”) inteqrasiya edilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, elektron xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanının keçirilməsi üçün istifadə edilir.

 

Xidmətin göstərilməsi nəticəsində vətəndaşa sınaq imtahanının nəticəsi barədə arayış verilir.

 

Qeyd edək ki, ümumilikdə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Elektron hökumət” portalı istifadəçilərinin ixtiyarına verdiyi xidmətlərinin sayı 5-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR