Bank Of Baku

Dünyada qızıla tələbat azalıb

Dünyada qızıla tələbat azalıb
# 15 avqust 2013 09:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin ikinci rübündə dünyada qızıla olan tələbat 12% azalaraq 856 ton (27,5 mln. unsiya) təşkil edib.

 

APA-Economics”in məlumatına görə, bu barədə Ümumdünya Qızıl üzrə Şurasının (World Gold Council/ - Gold Demand Trends) hesabatında deyilir.

 

Pul ifadəsində tələbatın həcmi 39 mlrd. ABŞ dolları təşkil edib. Ümumilikdə, qızıla olan zərgər tələbatı 37% və ya 576 ton azalıb və onun dəyəri 26,2 mlrd. dollara bərabər olub. Bu metala olan investisiya tələbatı isə 63% və ya 105,4 ton azalıb və dəyəri 4,8 mlrd. dollar təşkil edib.  

 

Bu ilin ikinci rübündə ölkələrin mərkəzi bankları tərəfindən qızılın alışı 57% və ya 71 ton azalıb və onun dəyəri 3,2 mlrd. dollar olub. Bununla bərabər adıçəkilən dövr ərzində qızılın hasilatı da 4% və ya 732 ton azalıb. Bu dövr ərzində qızılın emalı isə 21% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR