Bu gündən etibarən Alabaşlı stansiyasında 1700 metr uzunluğunda cüt yol, Soyuq Bulaq stansiyasında 2150 metr uzunluğunda tək və cüt yollar, Gəncə-Alabaşlı mənzilində isə 7,2 km-lik dəmir yolu təmir olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri on gün davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 458 km dəmir yolu əsaslı təmir olunub.