Bank Of Baku

Göyçayda yol tikintisinə 6,4 milyon manat ayrılıb

Göyçayda yol tikintisinə 6,4 milyon manat ayrılıb
# 06 oktyabr 2017 15:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR