Bank Of Baku

Göygölün Baş planının layihəsi hazırlanır

Göygölün Baş planının layihəsi hazırlanır
# 07 avqust 2014 07:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Göygöl şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi avqustun 4-dən etibarən 60 gün müddətində Göygöl şəhərində keçiriləcək.

 

Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün Göygöl şəhər İcra Hakimiyyətinə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR