Bank Of Baku

Gürcüstan infrastruktur layihələrə 15 mlrd laridən çox vəsait xərcləyəcək

Gürcüstan infrastruktur layihələrə 15 mlrd laridən çox vəsait xərcləyəcək
# 20 dekabr 2017 09:18 (UTC +04:00)

“Gürcüstan tranzit potensialını inkişaf etdirmək və “İpək yolu”nun vacib komponentinə çevrilmək üçün bir sıra infrastruktur layihələr həyata keçirəcək”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili parlamentdə keçirilən dinləmələrdə deyib.

 

Nazir bildirib ki, ölkədə yol infrastrukturunun bərpasına 8 milyard laridən çox vəsait xərclənəcək: “Biz infrastruktur layihələrin həyata keçirilməsini sürətləndirmək və yüksək iqtisadi artımı təmin etməyi planlaşdırırıq. 2017-2020-ci illərdə 19 milyard laridən çox dəyəri olan infrastuktur layihələrin həyata keçirilməsini planlaşdırmışıq”.

 

D.Kumsişvili deyib ki, 2017-2021-ci illərdə infrastruktur layihələrə ümumilikdə 15 milyard laridən çox vəsait xərclənəcək: “Bu layihələrə Şərb-Qərb magistral yolunun tikintisi, Şimal-Cənub dəhlizinin tikinti və bərpası, turizm, energetika və digər infrastruktur obyektlərin tikintisi daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR