"Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi əhəmiyyətə malikdir".
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Türkiyənin yeni səfiri Fatma Ceren Yazqanla görüşdə deyib.
Türkiyə səfiri bu gün G.Marqvelaşviliyə etimadnaməsini təqdim edib. Rəsmi mərasimdən sonra tərəflər strateji əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb.
G.Marqvelaşvili cari ilin yayında Gürcüstanda meşə yanğınlarının söndürülməsində göstərdiyi köməyə görə Türkiyə tərəfinə təşəkkür edib. Dövlət başçısının sözlərinə görə, bu dəstək iki ölkə arasında uğurlu əməkdaşlıq və dostluq münasibətlərinin göstəricisidir.