Bank Of Baku

Gürcüstan tərəfi Azərbaycana avtomobil ixracının həcminin azalmasının səbəbini açıqlayıb

Gürcüstan tərəfi Azərbaycana avtomobil ixracının həcminin azalmasının səbəbini açıqlayıb
# 03 noyabr 2014 12:23 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycan Gürcüstandan avtomobil alan əsas alıcı sayılır. Lakin, əvvəlki illərə müqayisədə 2014-cü ildə Azərbaycana avtomobil ixracının həcmi azalıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Statistika İdarəsinin məlumatında bildirilib. Məlumata görə, 2014-cü ilin 9 ayı ərzində Gürcüstan avtomobil ixracından 408 570 000 dollar vəsait əldə edib. Keçən ilin müvafiq dövründə isə satışın həcmindən gələn vəsait 511 742 000 dollar olub.

 

2013-cü ildə Gürcüstana 528 587,2 dəyərində avtomobil gətirilibsə, Azərbaycana 303 116,8 dollar həcmində avtomobil satılıb. Bu rəqəm 2014-cü ilin yanvar-sentyabr aylarında daha çox azalıb. Bu il Gürcüstana 425 789,8 dollar həcmində gətirilən avtomobildən demək olar ki, yarısı Azərbaycana satılıb. Yanvar-sentyabr aylarında Azərbaycana 207 200,4 dollar həcmində avtomobil ixrac edilib.

 

Gürcüstanın avtomobil dillerləri məlumat veriblər ki, Gürcüstandan Azərbaycana avtomobil ixracının azalmasına səbəblərdən biri Azərbaycanın "Avro-4" standartlarını tətbiq etməsi olub. Nəticə olaraq, ölkəyə 2014-cü ilin aprelin 1-dən 2005-ci ildən əvvəl istehsal olunan avtomobillərin idxalı qadağan edilib. “Azərbaycanın məqsədi odur ki, ölkəyə gətirilən avtomobillərdən qaz tullantıları ətraf mühiti zəhərləməsin”.

 

Gürcüstanda fəaliyyət göstərən İqtisadi Siyasətlər Araşdırma Mərkəzinin koordinatoru İrina Quruli gələcəkdə avtomobil ixracının tənzimləyəcəyini bildirib: “Hələlik avtomobil bazarında satışın vəziyyəti avtomobil satıcılarına və kiçik sahibkarlara mənfi təsir edir, lakin bazar tənzimləndikdən sonra ixracda yaranan təsirlər azalacaq”.

 

Rustavi şəhərindəki avtomobil bazarında fəaliyyət göstərən satıcılar APA-ya açıqlamalarında son aylar satışda az da olsa artım müşahidə olunduğunu bildiriblər: “Bu, artıq bazarın “Avro-4” standartlarının tələbinə uyğun satışın təşkil edilməsinə gətirib çıxaracaq”.

 

Gürcüstan parlamentinin deputatı Georgi Vaşadze parlamentdə çıxışı zamanı son bir neçə ildə Gürcüstanda ən sərfəli biznesin avtomobil ticarəti olduğunu bildirib: "Gürcüstan hökuməti avtomobil satıcılarına vergi ödəmə istiqamətində güzəştə gedə bilər. Hökumət ixrac zamanı avtomobil satıcılarının vergi ödəmə vaxtını 90 gün uzadarsa və ixracla məşğul olan fiziki və hüquqi şəxslərin vergi cərimələrindən müvəqqəti azad olunarsa, böhran aradan qaldırıla bilər”, - deputat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR