Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin turizm potensialı təqdim olunub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgənin turizm potensialı təqdim olunub
# 27 aprel 2018 10:15 (UTC +04:00)

Tbilisidə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin turizm potensialının təqdimatı keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, tədbir Kvemo Kartli qubernatorluğunun təşəbbüsü  və Gürcüstanın Milli Turizm Administrasiyasının dəstəyi ilə baş tutub.

 

Təqdimatda çıxış edən Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bölgənin zəngin turizm potensialının olduğunu deyib.

 

O qeyd edib ki, Gürcüstanda turizmin inkişafına və ölkəyə səfər edən turistlərin sayının artırılması istiqamətində davamlı işlər aparılır. “Təqdimatın keçirilməsində əsas məqsəd Kvemo Kartli bölgəsində olan turizm istiqamətləri barədə turizm sektorunda fəaliyyət göstərən həm yerli, həm də xarici şirkətləri və ictimaiyyəti  məlumatlandırmaqdır”.

 

Kvemo Kartlinin qubernatoru Qriqol Nemsadze öz növbəsində bölgənin turizm potensialının təbliği ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

 

O deyib ki, bölgənin turizm baxımından inkişaf etdirilməsi əsas prioritetlərdən biridir: “Bölgədə turistlərin böyük marağına səbəb olacaq və onları bölgəyə cəlb edəcək tarixi məkanlar çoxdur. Bölgənin rayon və kəndlərində turizm infrastrukturu və obyektləri ilə bağlı bir sıra vacib layihələr həyata keçirilir”.

 

Tədbirdə Kvemo Kartli bölgəsinin coğrafi mövqeyi, təbiəti, mədəni, tarixi və turizm obyektləri ilə bağlı geniş təqdimat nümayiş etdirilib.

 

Təqdimat mərasimində Kvemo Kartli bölgəsinə daxil olan rayonların rəhbərləri, rəsmi şəxslər, turizm şirkətləri, yerli və Azərbaycandan olan KİV nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR