Bank Of Baku

Gürcüstanda çörək bahalaşa bilər

Gürcüstanda çörək bahalaşa bilər
# 08 yanvar 2018 13:51 (UTC +04:00)

Gürcüstanda çörəyin qiymətinin artacağı gözlənilir.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Çörək məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze deyib.

 

O bildirib ki, ölkədə elektrik enerjisi və təbii qaza olan tariflərin artırılması çörək bazarında bahalaşmaya gətirib çıxaracaq:  “Çörəyin qiyməti artmasa, çəkisinin azalacağı istisna olunmur”.

 

M.Dolidze deyib ki, 2016-2017-ci illərdə Gürcüstanda unun qiyməti artmayıb. “Bu, Gürcüstana əsas buğda idxalçısı olan Rusiyada məhsulun yaxşı olması və qiymətin sabit qalması ilə bağlı olub”.

 

Assosiasiya direktoru qeyd edib ki, Gürcüstan hər il təxminən 800 min ton buğda istehlak edir, ölkədə isə cəmi 300 min ton buğda istehsal olunur.

 

Qeyd edək ki, ötən ilin iyulun 20-dən Gürcüstanda təbii qazın, cari ilin yanvarın 1-dən isə elektrik enerjisinin tarifi artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR