Bank Of Baku

I rübdə “Azərkosmos” 3,4 mln. dollar gəlir əldə edib

I rübdə “Azərkosmos” 3,4 mln. dollar gəlir əldə edib
# 27 aprel 2018 13:18 (UTC +04:00)

2018-ci ilin I rübündə “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

 

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin aprel ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk 3 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 3,4 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ni təşkil edib.

 

Azərkosmos” ASC-nin 2018-ci ilin I rübündə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR