Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyinin elektron xidmətləri ilə bağlı tədbir keçirilib

İqtisadi İnkişaf Nazirliyinin elektron xidmətləri ilə bağlı tədbir keçirilib
# 27 iyul 2013 11:45 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Xaçmazda «İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər» mövzusunda tədbir keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumları, Xaçmaz və ətraf rayonların icra hakimiyyətləri, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İİN-in nümayəndələri tərəfindən Nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında «Elektron Hökumət»ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini vurğulayıb. Bu isə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Hazırda Nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 10 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətlər bölməsində Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb. Bütün bunlarla yanaşı, İİN tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az), elektron ticarət portalı (www.b2b.az), Nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

 

Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov İİN tərəfindən Avropa Birliyinin «İqtisadi İnkişaf Nazirliyinə dəstək Layihəsi» çərçivəsində AB bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış İxracata Yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydası barədə sahibkarları məlumatlandırıb.

 

Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev və ümumi şöbənin müdiri Rövşən Ataşov tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə prosedurasını nümayiş etdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR