Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində Bakı şəhərinin qeyri-yaşayış sahələri bazarında əvvəlki aylarla müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin azalması ilə yadda qalıb.
“APA-Economics”in məlumatına görə, paytaxtın qeyri-yaşayış sahələri bazarını araşdıran "MBA Consulting Group" şirkətinin mütəxəssisləri buna əsasən səbəb kimi yay mövsümünün başlaması, gəlirliyin azalması və kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərirlər.
Ümumilikdə, bu ilin son iki ay ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təklifin sayının azalması da baş verib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox azalma xidmət və ofis seqmenti üzrə qeydə alınıb. Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 26,0% azalaraq 223 ədəddən 165 ədədə enib. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı may ayına nisbətən iyun ayında 3,48% azalaraq 111 ədəd təşkil edib.
Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 55%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 20% və 9,7% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 8,48%-nə, qalan seqmentlər isə (zirzəmi, anbar, qaraj, sənaye və s.) bazarda payın 7,27%-nə malikdirlər.
Qeyri-yaşayış obyektlərinin orta sahəsi iyun ayı üçün 131,11 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 38,68% azalıb. Azalmaya əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Abşeron rayonunda, Xırdalan şəhərində boş yer qeydə alınıb, 3 000 kv.m, ən az sahəyə isə Nəsimi rayonunda, Nizami m/st yaxınlığında 12 kv.m sahəyə malik olan yer qeydə alınıb.
Əvvəlki aylarla müqayisədə, bu ilin iyun ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən dinamika sözsüz ki, orta qiymətə təsirsiz ötüşməyib. İyun ayı üçün bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 8,2% azalaraq 4021 dollar/kv.m təşkil edib. May ayına nisbətən iyun ayında aktivliyin azalması, obyektlərin satışının ekspozisiya müddətinin 3,0% artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 146 gün təşkil edib.
Bu il iyun ayında qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərində azalma ilə yanaşı, obyektlərin icarəsi bazarında da 1,0% azalma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) qeydə alınan 4 380 dollar/kv.m-dən azalaraq 4 021 dollar/kv.m, icarə qiymətləri isə 20,09 dollar/kv.m/ay azalaraq 19,89 dollar/kv.m/ay təşkil edib. İyun ayında qiymət indeksi ötən ilin müvafiq ayına nəzərən isə artıb. Qiymətlərin son ayda azalması I, II və IV zonalarda, artımı isə yalnız III zonada müşahidə edilib.
Qiymətlərin son iki ayda azalması əsasən təklif portfelində seqment dəyişikliyi və bazarın ümumi tendensiyası ilə izah olunur. Ümumilikdə son iki ayda qiymətlərdə və bazarın aktivliyində azalma müşahidə olunsa da, iyun ayında may ayına nisbətən daha çox azalma müşahidə edilib.
|
Sahələr |
may 2014 |
iyun 2014 |
% |
|
mağaza |
4409 |
4499 |
2,04% |
|
yer |
4318 |
4184 |
-3,10% |
|
xidmət |
3976 |
3802 |
-4,38% |
|
ofis |
2619 |
2590 |
-1,11% |
|
zirzəmi |
1014 |
1026 |
1,18% |
|
sənaye |
667 |
672 |
0,75% |
|
orta qiymət |
4380 |
4021 |
-8,20% |
Zonalar üzrə obyektlərin icarə qiymətlərində daha çox azalma qeydə alınıb.
|
Zonalar |
may 2014 |
iyun 2014 |
% |
|
I zona |
23,11 |
20,7 |
-10,4% |
|
II zona |
18,52 |
22,44 |
21,2% |
|
III zona |
17,46 |
14,16 |
-18,9% |
|
IV zona |
8,13 |
8,1 |
-0,4% |
|
Orta qiymət |
20,09 |
19,89 |
-1,00% |
Cədvəldən də göründüyü kimi, I, III və IV zonalar üzrə obyektlərin icarə qiymətlərində azalma, II zonada isə artım müşahidə edilib. Buna səbəb kimi isə zonalar üzrə təklif portfelində nəzərəçarpan struktur dəyişikliyinin nəticəsi kimi baxmaq olar.
|
|
may 2014 |
iyun 2014 |
artım/azalma, % |
|
mağaza |
33,81 |
33,54 |
-0,80 |
|
yer |
22,83 |
20,54 |
-10,03 |
|
xidmət |
17,60 |
16,00 |
-9,09 |
|
ofis |
22,2 |
18,0 |
-18,72 |
|
zirzəmi |
4,8 |
5,1 |
5,63 |
|
sənaye |
4,82 |
4,85 |
0,62 |
Beləliklə, ilin əvvəlindən başlayan qiymət artımı son iki ayda azalmaya meylli olub. Son aylarda kommersiya təyinatlı daşınmaz əmlakın gəlirliyində azalmalar müşahidə edilir. 2013-cü ildə bütünlüklə və bu ilin əvvəlində müşayiət edilən bazar trendi 2014-cü ilin sonuna doğru rəqəmlərin daha yumşaq formada cərəyan edəcəyinə zəmin yaradır.