Bank Of Baku

Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb
# 29 dekabr 2017 10:58 (UTC +04:00)

Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində əməliyyat tədbirləri keçiriblər.

 

Nəticədə, ticarət mərkəzinin ərazisində 27719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR