Bank Of Baku

Kürdəmir-Yevlax avtomobil yolunun genişləndirilməsi ilə bağlı işlər davam etdirilir - FOTO

Kürdəmir-Yevlax avtomobil yolunun genişləndirilməsi ilə bağlı işlər davam etdirilir - <span style="color: red;">FOTO
# 24 iyul 2013 11:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kürdəmir-Yevlax avtomobil yolunun 4 zolağa qədər genişləndirilməsi layihəsi çərçivəsində yenidən qurulan hissənin ümumi uzunluğu 88 km-dir. Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tərkib hissəsi olan  bu layihənin həyata keçirilməsində məqsəd nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihə 503 km uzunluqda olan Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 200-cu km-dən başlayır və 288-cı km-də başa çatır.

 

Qeyd edək ki, layihə üzrə Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yollarına paralel yeni əlavə iki hərəkət zolağının inşası nəzərdə tutulub.

 

Hazırda ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR