Bank Of Baku

Lənkəranda yeni poçt binaları istifadəyə verilib

Lənkəranda yeni poçt binaları istifadəyə verilib
# 30 sentyabr 2013 13:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Sütəmurdov kəndində yeni poçt binaları istifadəyə verilib. «Azərpoçt» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət obyektlərində əhaliyə poçt və rabitə xidmətləri ilə yanaşı, pulsuz internet, avtomobillərin sığortası və müxtəlif bank xidmətləri göstəriləcək.

 

Qeyd edək ki, Gərmətük qəsəbəsində və Sütəmurdov kəndində poçt binalarının açılması regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq əhaliyə göstərilən poçt və rabitə xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə baş tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR