Bank Of Baku

MİDA: "Güzəştli mənzil" almaq üçün 7000-dən artıq şəxs qeydiyyata alınıb

MİDA: "Güzəştli mənzil" almaq üçün 7000-dən artıq şəxs qeydiyyata alınıb
# 16 noyabr 2017 12:35 (UTC +04:00)

"İndiyədək "güzəştli mənzil" əldə etmək istəyən 7000-dən artıq şəxs qeydiyyatdan keçərək elektron kabinetlərə sahib olublar".


"APA-Economics" xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev bildirib.
 

"Bir neçə aydan sonra Yasamal Yaşayış Kompleksindəki ilk mənzillərin satışı ilə bağlı elan verəcəyik. Artıq müvəkkil banklar seçilib, müvafiq müqavilələr imzalanıb. "Azərbaycan İpoteka Fondu" ASC ilə əməkdaşlıq da davam edir. Ümid edirik, 2018-ci ilin yay aylarından vətəndaşlarımız ilk mənzillərdə yaşaya biləcəklər", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR