Bank Of Baku

Mingəçevirdə IV Ekoloji Yay Məktəbi uğurla başa çatıb - FOTO

Mingəçevirdə IV Ekoloji Yay Məktəbi uğurla başa çatıb  - <span style="color: red;">FOTO
# 15 iyul 2013 13:49 (UTC +04:00)

Bakı – APA-Economics. İyulun 11-15-də Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən Mingəçevir şəhərində keçirilən “Təmiz şəhər naminə” IV Ekoloji Yay Məktəbi başa çatıb.

 

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, IV Ekoloji Yay Məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, ekoloji mədəniyyətinin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə xidmət edib.

 

5 gün davam edən yay məktəbi ərzində 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələniblər. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən iştirakçılara qurumun fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarə olunması sahəsində əldə olunan nailiyyətlər, Bərk Məişət Tullantılarının yandırılması və çeşidlənməsi zavodları, ölkədə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə qurulan Balaxanı Sənaye Parkı və gələcək layihələr haqqında məlumat verilib. Yay məktəbinin təlim-tədris hissəsində ekologiya və tullantıların idarəolunması sahəsində yerli mütəxəssislər tərəfindən tələbələr üçün mühazirələr keçirilmiş və mövzu ətrafında debatlar təşkil edilib. Gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün müxtəlif komanda oyunları, intellektual və ekoloji yarışmalar keçirilib.

 

Sonda IV Ekoloji Yay Məktəbində iştirak edən gənclərə “Təmiz Şəhər” ASC tərəfindən sertifikatlar verilib.

 

Qeyd edək ki, “Təmiz Şəhər” ASC tərəfindən ekoloji yay məktəblərinin təşkili artıq ənənəyə çevrilib. 2010-cu ildən etibarən Quba, Şəki və Lənkəran şəhərlərində keçirilən yay məktəblərinin davamı olan “Təmiz Şəhər Naminə” yay məktəbi artıq 4-cü dəfədir ki, keçirilir və bu günə kimi yay məktəbində 200-ə yaxın gənc iştirak edib. IV Ekoloji Yay Məktəbi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR