Nadir Əzməmmədov: “Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində çalışan işçilərin tətil keçirməsi xəbəri həqiqətə uyğun deyil”

Nadir Əzməmmədov: “Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində çalışan işçilərin tətil keçirməsi xəbəri həqiqətə uyğun deyil”
# 17 avqust 2013 08:51 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat kaitibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.


Ötən gün Gürcüstan mətbuatında Marneulidə Bakı-Tiflis-Qars dəmir yolunun Tetritskaroy hissəsində işçilərin əmək haqlarının 5 ay almadığına görə tətil keçirilməsi barədə məlumat yayılıb.

N. Əzmmədovun sözlərinə görə, Ramazan bayramı ilə əlaqədar olaraq (avqustun 8-9-da) sözügedən dəmir yolu hissəsində çalışan işçilərin əmək haqları bir qədər gecikdirilib: «Lakin hazırda bütün işçilərin məvacibləri verilib və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində heç bir dayanma halları qeydə alınmayıb. İşçilərin əmək haqlarını 5 ay verilməməsi həqiqətə uyğun deyil».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR