2017-ci il ərzində Naxçıvanda hava xətləri ilə 287 min 790 sərnişin daşınıb.
“APA-Economics”in məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli ötən il həmçinin, 4 milyon 818 min 480 kiloqram baqaj və 35 min 310 kiloqram poçt daşındığını bildirib.
“Beynəlxalq daşımalarda Naxçıvan-İstanbul istiqamətində 3 min 852 nəfər sərnişin və 54 min 570 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində isə 4 min 240 nəfər sərnişin və 57 min 870 kiloqram baqaj daşınıb”, - deyə M.Gülməmmədli bildirib.