Bank Of Baku

Nazir: "Azərbaycan İran tərəfində dəmir yolunun tikintisi üçün kredit ayırmağa hazırdır"

Nazir:  "Azərbaycan İran tərəfində dəmir yolunun tikintisi üçün kredit ayırmağa hazırdır"
# 30 oktyabr 2017 11:16 (UTC +04:00)

"Noyabrın 1-də Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda keçiriləcək görüşü ilk növbədə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr olunub ".
 
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
Nazir deyib ki, ilk görüş Bakıda keçirilib: "Şimal-Cənub nəqliyyat dəhlizinə maraq çox böyükdür. Azərbaycan hətta İran tərəfində dəmir yolunun qalan hissəsinin tikintisi üçün İrana kredit də ayırmağa hazırdır. Bu yaxınlarda Azərbvaycan-İran hökumətlərarası komissiyasına iqtisadiyyat naziri Şahin Mustafayev yeni həmsədr təyin edildi.  Kredit şərtləri geniş müzakirə olunur. Bu məsələlər prezidentlərin də görüşündə diqqət mərkəzində olacaq".   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR