Bank Of Baku

Nazir: "Azərbaycanda daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur"

Nazir: "Azərbaycanda daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur"
# 19 dekabr 2017 10:50 (UTC +04:00)

"Gələcəkdə Azərbaycanda daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur". "APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.


"Bu mərkəzdə bütün dövlət qurumları cəmləşdiriləcək. Sevindirici haldır ki, hal-hazırda fəaliyyət göstərən data mərkəzə təkcə dövlət qurumları yox, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən şirkətlər də maraq göstərir", - deyə nazir vurğulayıb.

 

Azərbaycanın regionda ən böyük data mərkəzinə sahib olduğunu xatırladan R.Quluzadə Yevlaxda Ehtiyat Data Mərkəzinin qurulduğunu əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR