"Bakı-Tbilsi-Qars dəmir yolu layihəsi region iqtisadiyyatının inkişafı üçün irəliləyiş olacaq".
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib.
Nazirin sözlərinə görə, dəmir yolu Gürcüstan iqtisadiyyatına müsbət təsir edəcək: “Bu gün çox vacib gündür. Bakı-Tbilisi-Qars dəmir yolu rəsmən açılır. Mərkəzi Asiyanın əsas yükdaşımaları bu dəmir yolu vasitəsilə daşınacaq. Bu əhəmiyyətli layihə Gürcüstan iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir göstərəcək”.