Bank Of Baku

Nazir Əli Abbasov: «Avqustun 1-dən mobil nömrələrin daşınması sistemini tətbiq etməyən operatorlar cərimələnəcək»

Nazir Əli Abbasov: «Avqustun 1-dən mobil nömrələrin daşınması sistemini tətbiq etməyən operatorlar cərimələnəcək»
# 16 iyul 2013 10:32 (UTC +04:00)

Qeyd edək ki, Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

 

Hesablamalara görə, bu sistemin tətbiqi ümumiyyətlə yekunda mobil danışıqların 10% ucuzlaşmasına səbəb olur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR