«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbas bildirib.
Nazir qeyd edib ki, avqustun 1-dən etibarən mobil nömrələrin danışması layihəsi reallaşdırılmalı idi: «Lakin müəyyən texniki problemlərlə əlaqədar olaraq bu prosesə keçid yubanır. Ancaq hər bir mobil operator bilməlidir ki, onlar bu sistemə keçidin ləngiməsinin hər günə görə məsuliyyət daşıyırlar».
«Hazırda operatorlarla danışıqlar gedir. Əgər danışıqlar nəticəsiz bitərsə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məhkəməyə müraciət edəcək», - deyə nazir vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mobil nömrələrin daşınması prosesinə avqustun 1-dən etibarən başlamayan mobil rabitə operatorlarının cəzalandırılacağını vurğulamışdır.