Bank Of Baku

Nazir Ramin Quluzadə Göyçayda vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə Göyçayda vətəndaşları qəbul edəcək
# 10 oktyabr 2017 15:06 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də saat 12:30-da Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 "Çağrı mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Göyçay rayonunda         02027 42366

Mingəçevir şəhərində     02427 52999

Kürdəmir rayonunda      02025 51599

Ucar rayonunda            02021 33777

Ağdaş rayonunda          02023 55199

 

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR