Bank Of Baku

Nazir Ramin Quluzadə Yevlaxda vətəndaşlarla görüşəcək

Nazir Ramin Quluzadə Yevlaxda vətəndaşlarla görüşəcək
# 07 noyabr 2017 09:29 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu üzrə növbəti görüşünü noyabrın 14-də saat 12:30-da Yevlax şəhərində keçirəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, nazir Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı)  və poçt xidmətləri üzrə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün nömrəli telefonlara zəng etmələri xahiş olunur.

 

Yevlax rayonunda                     02233 64646

Tərtər rayonunda                      02223 61554

Ağdam rayonunda                    02632 50622

Bərdə rayonunda                      02020 51515

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR