Bank Of Baku

Nazirlik: 148 saylı marşrutda baş verən qəzaya səbəb sürət həddinin aşılmasıdır

Nazirlik: 148 saylı marşrutda baş verən qəzaya səbəb sürət həddinin aşılmasıdır
# 15 avqust 2014 10:36 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətinin katibi Namiq Həsənov “APA-Economics”ə bildirib ki, artıq bununla bağlı araşdırma aparılıb: “İlkin araşdırmalar nəticəsində məlum olub ki, avtobusun sürücüsü sərxoş olmayıb və avtobus saz vəziyyətdə olub. 148 saylı marşrutun avtobusu texniki baxışdan keçib. Bundan başqa, sürücü müvafiq yoxlamadan keçib və sürücünün lazımi kateqoriyaya aid sürücülük vəsiqəsi var”.

 

O qeyd edib ki, nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda maksimum sürət həddi 120 km/saatdır. “Sürücü sürət həddinin aşıb. Bir sözlə, bu qəza adi qəza hadisədir. Hadisəni yol polisi araşdırmalıdır”, - deyə o əlavə edib.

 

N. Həsənov qeyd edib ki, hadisədən sonra Dövlət Avtomobil Nəqliyyat Xidməti, “Bakısərnişinnəqliyyat” MMC və Nəqliyyat Nazirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşları böyük toplantı keçirərək, hadisə ilə bağlı müzakirələr aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR