Bank Of Baku

Nazirlik: "Bakı Telefon Rabitəsi” MMC, eləcə də digər tabeli qurumlarda işçilərin kütləvi ixtisarı aparılmır"

Nazirlik: "Bakı Telefon Rabitəsi” MMC, eləcə də digər tabeli qurumlarda işçilərin kütləvi ixtisarı aparılmır"
# 26 yanvar 2018 15:51 (UTC +04:00)

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır".

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) "APA-Economics"ə verilən məlumata görə, bu barədə nazirliyin Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı bəzi KİV-də yayılan məlumatla bağlı daxil olan sorğulara cavab olaraq bildirilib.

 

Məlumatda deyilir ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir: "Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR