Bank Of Baku

Ötən il mənzil tikintisinə 960 mln. manatdan çox vəsait yönəldilib

Ötən il mənzil tikintisinə 960 mln. manatdan çox vəsait yönəldilib
# 24 aprel 2018 07:53 (UTC +04:00)

2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür. 

 

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 mln. manat olub, onun 149,8 mln. manatı dövlət, 810,5 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

 

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2017-ci ildə 11,5 min yaşayış evi tikib ki, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR