“APA-Economics”in məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov Sabunçu-Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin yenidən qurulması layihəsi əsasında yolun əsas göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, yolun 11 kilometrlik hissəsi 6 cərgəli, 9 kilometrlik hissəsi isə 4 cərgəlidir. Yolun Sabunçu-Zabrat sahəsinin yenidən qurulması 2012-ci ildə, 14 kilometrlik Zabrat-Maştağa-Buzovna sahəsinin yenidən qurulması işləri isə 2012-2013-cü illərdə həyata keçirilib.
Müasir tələblər səviyyəsində yenidən qurulan bu yol Sabunçu, Zabrat, Maştağa, Nardaran, Buzovna, Zuğulba, Bilgəh qəsəbələrini bir-biriləri ilə, ən başlıcası isə bu qəsəbələri Azadlıq meydanı-Hava Limanı-Bilgəh magistral yolu ilə birbaşa birləşdirməklə 140 mindən çox əhalinin rahat gediş-gəlişini təmin edəcək.