Bank Of Baku

Qazaxıstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"

Qazaxıstanın baş naziri: "Bakı-Tbilisi-Qars layihəsi sayəsində yüklər iki dəfə tez daşınacaq"
# 30 oktyabr 2017 11:56 (UTC +04:00)

"Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq".
 
APA-nın məlumatına görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Qazaxıstanın baş naziri
Bakıtjan Saqintayev deyib. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir: "Çindən gələn konteyner Qazaxıstan limanından və Xəzərdən keçməklə Azərbaycana çatır və bu yük bu gün Azərbaycandan yola salınacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR