Bank Of Baku

Qırğızıstanın altı telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Qırğızıstanın altı telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
# 08 sentyabr 2017 15:36 (UTC +04:00)

Qırğızıstanın altı televiziya – “Asia TV”, “Osh Pirim TV”, “Kyrgyzstan TV”, “Sentyabr TV”, “Ekho Manas TV” və “Next” FM radio kanalları "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır.

 

Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR