Bank Of Baku

Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının assambleyasında iştirak edib

Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının assambleyasında iştirak edib
# 06 oktyabr 2017 13:11 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətləri Assambleyasının 57-ci iclasında iştirak edib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, R.Həsənov assambleyanın açılış sessiyasında çıxış edərək təşkilatla əməkdaşlığın, birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. Ölkəmizdə əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar, o cümlədən Azərbaycan prezidentinin fərmanına əsasən komitə tərəfindən təsis edilmiş “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs haqqında məlumat verib.

 

Təşkilatın baş direktoru Frensis Qarri ilə görüşdə milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F.Qarri Azərbaycan hökuməti ilə ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunun 2014-2017-ci illəri əhatə edən fəaliyyət planının icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb. R.Həsənov təşkilatın Bakıda xarici ofisinin təsis olunması və 2018-ci ildə yeni fəaliyyət planı layihəsinin imzalanmasında maraqlı olduğumuzu bildirib və baş direktoru Azərbaycana dəvət edib. F.Qarri 2018-ci ilin birinci yarısında ölkəmizə səfər edəcəyini qeyd edib.

 

Eyni zamanda nümayəndə heyətinin üzvləri ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirib, birgə gələcək fəaliyyət, maraq kəsb edən sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğunu müzakirə ediblər. Bir neçə ölkənin patent qurumunun rəhbərləri ilə görüşən nümayəndə heyətinin üzvləri ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ÜƏMT-nin Bakıda xarici ofisinin təsis edilməsinə dəstək göstərilməsi üçün danışıqlar aparıblar.

 

Səfər çərçivəsində Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ilə Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR