Bank Of Baku

Sabah Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq

Sabah Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq
# 22 avqust 2014 14:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının iki rayonunun bir hissəsinə su fasilələrlə veriləcək.

 

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avqustun 23-də saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR