Bank Of Baku

Sabirabada 3 milyon manat ayrılıb

Sabirabada 3 milyon manat ayrılıb
# 30 noyabr 2017 15:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Sabirabad şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR