Bank Of Baku

Səfir: “Mərkəzi Asiya Avropaya BTQ vasitəsilə çıxış əldə edəcək”

Səfir: “Mərkəzi Asiya Avropaya BTQ vasitəsilə çıxış əldə edəcək”
# 30 oktyabr 2017 08:43 (UTC +04:00)

“Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə yalnız Qazaxıstan deyil, bütün Mərkəzi Asiya regionu Avropaya çıxış əldə edəcək”. 

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Qazaxıstanın Gürcüstandakı səfiri Ermuxamed Ertısbayev “Sputnik-Gürcüstan”a deyib. 
 

Səfirin sözlərinə görə, gələcəkdə dəmir yolu vasitəsilə yük daşımaları həcminin 30-35 milyon tona çatacağı gözlənilir. 
 

“Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yoluna böyük önəm verir. Belə ki, bu dəmir yolu ölkə üçün böyük perspektivlər açır. Dəmir yolunun açılışı həm Avropa, həm də Asiya üçün bu ilin ən böyük hadisəsidir”, - deyə səfir söyləyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR