Bakı. Aynur Əliyeva – APA-Economics. Ötən həftə Tbilisi prospektinin Həsən Əliyev küçəsindən Salamzadə küçəsinədək olan bağlanan hissəsi dünən axşam saatlarında sürücülərin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, 150 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib.
Qeyd edək ki, hazırda yolun Salamzadə küçəsindən «20 Yanvar» qovşağına qədər olan hissəsində qaz xətləri dəyişdirilir. Bu işlər başa çatdıqdan sonra "Azəryolservis" ASC tərəfindən təmir işlərinə başlanılacaq.