Bank Of Baku

Texniki nasazlıq səbəbindən Bakıya qayıdan təyyarə İstanbula yola düşüb

Texniki nasazlıq səbəbindən Bakıya qayıdan təyyarə İstanbula yola düşüb
# 29 iyul 2013 09:38 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 07:50-də «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) 087 saylı Bakı-İstanbul (Sabiha Gökçen) aviareysi üzrə havaya qalxan təyyarədə üzə çıxan texniki problemlə əlaqədar avialayner Bakı aeroportuna geri qayıdıb. Təyyarədə üzə çıxan texniki nasazlıq aradan qaldırılıb və avialayner saat 11:48-də havaya qalxıb.

 

Xatırladaq ki, sözügedən aviareys üzrə uçuş AZAL-ın yeni aldığı «Embraer-190» təyyarəsi ilə yerinə yetirilir.

 

Qeyd edək ki, bu ilin iyul ayında AZAL Braziliya istehsalı olan iki «Embraer-190» təyyarəsi alıb. İlin sonunadək aviaşirkət daha iki «Embraer-190» və iki «Embraer-170» təyyarəsi alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR