Bank Of Baku

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək
# 28 noyabr 2017 09:08 (UTC +04:00)

Azərbaycanda torpaq məcəlləsinin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən əldə edilən məbləğin 25 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsi ilə bağlı həmin orqanın hesabına köçürüləcək.

 

APA-nın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Torpaq Məcəlləsinin 45-ci maddəsinə 4-cü bəndin əlavə edilməsi müzakirə olunur.

 

Yeni bəndə görə, bu məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Layihə plenar iclasa tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR