Bank Of Baku

Tovuz-Qovlar dəmir yolunun 7,8 km hissəsi əsaslı təmir olunur

Tovuz-Qovlar dəmir yolunun 7,8 km hissəsi əsaslı təmir olunur
# 19 yanvar 2018 13:09 (UTC +04:00)

Bu gündən etibarən Azərbaycan dəmir yollarının Tovuz-Qovlar mənzilində  7,8 km yolun əsaslı təmirinə start verilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, təmir işləri 5 gün davam edəcək.

 

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

 

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 435 km dəmir yolu əsaslı təmir olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR