Bank Of Baku

Türk TV aparıcısı: “Türkiyədəki dostlarımı Bakıya alış-verişə dəvət edirəm”

Türk TV aparıcısı: “Türkiyədəki dostlarımı Bakıya alış-verişə dəvət edirəm”
# 30 oktyabr 2017 12:39 (UTC +04:00)

Bakı Şopinq Festivalına (Baku Shopping Festival) daxil olan mağazalarda qiymətlər çox münasib, çeşid isə rəngarəngdir. Bunu www.bakushopfest.com saytına açıqlamasında Türkiyənin məşhur TV aparıcısı Özge Uzun deyib.

 

Festival çərçivəsində alış-veriş etdiyini söyləyən Özge Uzun böyük zövqlə bu həyəcanı yaşadığını dilə gətirib: “Türkiyədəki dostlarımı da Bakıya dəvət edirəm. Həm gəlib alış-veriş etsinlər, həm də Bakının gözəlliyini görsünlər”.

 

TV aparıcısı İstanbul Şopinq Festivalı kimi Bakıdakı festivalın da uğurlu olduğuna inanır: “Bir qədər də güclü tanıtım kampaniyası keçirilsə, məncə Bakı Şopinq Festivalı hətta, daha uğurlu ola bilər”.

 

Qeyd edək ki, uzun illər TV-də çalışan Özge Uzun 2007-ci ildə “Fox TV”də, daha sonra isə “CNN Türk” və “TRT Haber”də xəbərlər proqramının aparıcısı kimi çalışıb.

 

2015-ci ildə onun “Sizin hiç maviniz var mı?”, 2017-ci ildə isə “Kalbimin ses telleri” kitabları işıq üzü görüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR