Sentyabrın 9-da Ukraynanın Odessa şəhərində "Avropa-Asiya inteqrasiya edilmiş nəqliyyat dəhlizləri" adlı beynəlxalq konfrans keçiriləcək.
APA-nın yerli bürosunun məlumatına əsasən, konfransda Gürcüstanı iqtisadiyyat və dayanıqlı inkişaf naziri Giorgi Qaxariyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Konfransın məqsədi Avropa və Asiyada nəqliyyat əlaqələrinin rəqabətli üstünlüklərinin yaradılmasıdır.
Tədbirə Ukraynanın baş naziri Vladimir Qroysman da qatılacaq.
Gürcüstan və Ukrayna ilə yanaşı konfransa Rumıniya, Bolqarıstan, Azərbaycan, Qazaxıstan, Polşa, Litva və Çindən olan nümayəndə heyətləri də qatılacaq.