Bank Of Baku

Yankauskas: “Aviasiya sazişi ilə bağlı daha bir görüş keçiriləcək”

Yankauskas: “Aviasiya sazişi ilə bağlı daha bir görüş keçiriləcək”
# 31 oktyabr 2017 09:42 (UTC +04:00)

“Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq aviasiya sazişi hava yolları ilə əməkdaşlıq imkanlarını təşviq edir”.
 
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
 
Səfir bildirib ki, bu saziş daha yaxşı əməkdaşlıq, çox uçuş, ucuz səfər, daha çox turist deməkdir.
  
Diplomat qeyd edib ki, ötən həftə aviasiya sazişi ilə bağlı Bakıda Aİ nümayəndə heyəti ilə Azərbaycan tərəfi arasında danışıqlar keçirilib: “Müzakirə edilməmiş bəzi detallar qaldığı üçün növbəti dəfə yenə görüş keçiriləcək. Biz  Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün nə zaman və harada keçiriləcəyini dəqiqləşdirəcəyik. Düşünürəm ki, bu görüş də “Şərq tərəfdaşlığı” sammitinə qədər baş tutacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR