Bank Of Baku

Ziya Bünyadov prospektinin köməkçi yolunda təmir işləri yekunlaşmaq üzrədir

Ziya Bünyadov prospektinin köməkçi yolunda təmir işləri yekunlaşmaq üzrədir
# 15 fevral 2018 08:00 (UTC +04:00)

Nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinədək olan istiqamətdə sıxlığın azaldılması məqsədi ilə təmir-tikinti işləri aparılır.

 

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində  yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədi ilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geri dönmə hissədə əlavə hərəkət zolağı yaradılır.

 

Bundan başqa, prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədi ilə 1 nöqtədə "cib”li hissə yaradılır.

 

Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan işlər tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR