Braziliyada Barak Obamanın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq aksiya keçirilib

Braziliyada Barak Obamanın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq aksiya keçirilib
# 19 mart 2011 08:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Braziliyada polis ABŞ prezidenti Barak Obamanın bu ölkəyə səfərinə etiraz əlaməti olaraq keçirilən aksiyanı dağıdıb.

APA-nın «Frans-Press» Agentliyinə istinadən verdiyi məlumata görə, B.Obamanın bu gün Braziliyanın Rio-de-Janeyro şəhərinə nəzərdə tutulan səfərinə etiraz əlaməti olaraq ABŞ-ın buradakı konsulluğunun binası qarşısına toplaşan 300-ə yaxın nümayişçi polisin müdaxiləsi ilə qarşılaşıb. Polis aksiya iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb.

Məlumatda qeyd olunub ki, ABŞ prezidenti martın 19-da Braziliyaya işgüzar səfərə gedəcək və Rio-de-Janeyro şəhərindəki mərkəzi meydanda əhali qarşısında çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR