Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 08 oktyabr 2016 09:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib. O, 2015-ci ildə saxlanılıb və "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib. İ. Hidayətzadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR